Generator, laqonda oğurlayan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Generator, laqonda oğurlayan şəxs tutuldu

Kriminal

21 Avqust 2020 10:23 629


Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir dülgər sexindən və bir avtomobil təmiri sexindən bir ədəd elektrik generatoru, bir ədəd rəndə, bir ədəd mühərrik və digər usta alət və avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, araşdırmalarla onun rayon sakini Əli Məmmədov olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Əli Məmmədovun ətrafında aparılan tədbirlər nəticəsində onun rayon ərazisində avtomobillərdən oğurluq etdiyi də müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, cinayət yolu ilə əldə etdiyi alət və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan alət və avadanlıqlarının yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb. Dördpendirli pizza

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-nin cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!