“Genişmiqyaslı əməliyyatlar başlayan kimi, Ermənistan dünyaya yalvarmağa başlayır ki...” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Genişmiqyaslı əməliyyatlar başlayan kimi, Ermənistan dünyaya yalvarmağa başlayır ki...” - Deputat

Siyasət

14 İyul 2020 20:59 933


Artıq iki gündür ki,  Ermənistanla sərhəd xəttində ciddi döyüşlər gedir. Maraqlıdır, Ermənistanın uzunmüddətli hərbi əməliyyatları aparması üçün yetərincə iqtisadi gücü varmı? Bu toqquşmalar uzunmüddətli müharibəyə çevrilərsə, o zaman Ermənistanın iqtisadi imkanları bu savaşın ağırlığını qaldıra biləcəkmi?

Yenisabah.az xəbər verir ki, millət vəkili Tahir Mirkişli Ermənistan iqtisadiyyatının belə bir müharibəyə hazır olmadığını bildirdi:

“Şübhəsiz ki, müharibə aparmaq güclü iqtisadi resurs tələb edir. Ermənistan həm də iqtisadi cəhətdən regionda ən zəif ölkədir. Bu ölkədə yoxsulluq səviyyəsi 40%-ə yaxındır. Xarici maliyyə yardımlarından və kreditlərdən asılı olan bir ölkənim müharibə aparmaq imkanı yoxdur. Məhz ona görə genişmiqyaslı əməliyyatlar başlayan kimi Ermənistan bütün dünyaya Azərbaycana əməliyyatlatı dayandırmağa nail olmaq üçün yalvarır”.  /Moderator.az pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!