“Gent“in baş məşqçisi qələbədən danışdı 

saytların hazırlanması

Evə çatdırılma

“Gent“in baş məşqçisi qələbədən danışdı 

İdman

24 Fevral 2023 09:34 840


"Gent"in baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qalib gəldikləri cavab oyunundan sonra fikirlərini bildirib. 

Yenisabah.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, penaltilərlə qalib gəldikləri (5:4) görüşü belə şərh edib: 

"Konfrans Liqasının 1/8 finalına yüksəlmək üçün qan tər və göz yaşı lazım idi. Oyunu cümə günü səhər bitirəcəyimizi təxmin etmişdim. Azarkeşlərə də dəstəyə görə təşəkkür etməliyəm. Atmosfer fantastik idi. Biz onlara "Gelamko Arena"da ilk penaltilər seriyası ilə borcu qaytardıq".   pizza

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk oyun "Qarabağ"ın, Gentdəki cavab matçının əsas və əlavə vaxtı isə "Gent"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Penaltilər seriyasında "Gent" üstün (5:4) olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!