“Gent”in qapıçısı Ramilin penaltisini qaytarmağından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Gent”in qapıçısı Ramilin penaltisini qaytarmağından danışdı

İdman

17 Fevral 2023 11:34 1037


“Gent”in qapıçısı Deyvi Rof Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyun barədə fikirlərini bildirib. 

Yenisabah.az verir ki, belçikalı qolkiper klubun mətbuat xidmətinə açıqlamasında əvvəlcə penaltini dəf etməsi ilə bağlı danışıb. 

“Penaltini dəf etməyim xoş idi. Bir az şanslı idim. Çünki yerimdən çox tez tərpəndim. Xoşbəxtlikdən butsumun ölçüsü 48.5-dir və mən buna görə topa çata bildim”.  pizza mizza

Rof məğlubiyyətin üzücü olduğunu deyib: “Uğursuz zərbəmdən sonra qol buraxdıq. Rəqib kiçik bir səhvə görə dərhal cəzalandırmağı bacarır.  Şübhəsiz ki, cavab matçında bunu düzəltmək şansımız var. Belçikada buradakı ilk hissədəki kimi oynamalı olacağıq. “Qarabağ” çox ağıllı komandadır.  Səhv etməyimizə çalışacaq”. 

Qeyd edək ki, “Gent”lə “Qarabağ” arasında cavab oyunu fevralın 23-də Belçikada keçiriləcək./Qol.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!