Gərginlik PİK HƏDDƏ: Pakistan hava məkanını BAĞLADI

saytların hazırlanması

Evə çatdırılma

Gərginlik PİK HƏDDƏ: Pakistan hava məkanını BAĞLADI

Dünya

24 Aprel 2025 16:11 332


Pakistan Hindistanla sərhəddə yerləşən "Vaqah" nəzarət-buraxılış məntəqəsini, eləcə də Hindistan və hindistanlılara məxsus aviaşirkətlər üçün ölkənin hava məkanını bağlayır.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu qərar Pakistanın Milli Təhlükəsizlik Şurasının iclasının nəticəsi olaraq qəbul edilib.

İclas Nyu-Dehlinin mübahisəli Cammu və Kəşmir bölgəsinin Hindistana aid hissəsində baş verən terror aktına reaksiyası ilə bağlı keçirilib. Marqarita pizza

Baş nazirin katibliyinin mətbuat xidmətinin iclasdan sonra yaydığı məlumatda deyilir:

"Pakistan "Vagah" keçid məntəqəsini dərhal bağlayacaq. Bu marşrutla Hindistandan həyata keçirilən bütün transsərhəd tranzitlər istisnasız olaraq dayandırılacaq. Etibarlı icazəsi olan və sərhədi keçmiş şəxslər bu məntəqədən yalnız 30 aprel tarixinədək geri qayıda bilərlər. Pakistanın hava məkanı isə dərhal qüvvəyə minməklə Hindistan və ya hindistanlılar tərəfindən idarə olunan bütün aviaşirkətlər üçün bağlanır"./Musavat.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!