Geri çağırılan səfir kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Geri çağırılan səfir kimdir? - DOSYE

Siyasət

04 Sentyabr 2025 16:25 10093


Hüseyn Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Yenisabah.az Hüseyn Hüseynovla bağlı bəzi önəmli məqamları təqdim edir:

Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "beynəlxalq münasibətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib.  Marqarita pizza

2000–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb, 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 

Prezidentin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!