Gimnastımız Slovakiyada keçirilən yarışda gümüş medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Gimnastımız Slovakiyada keçirilən yarışda gümüş medal qazandı

İdman

24 Avqust 2021 00:20 912


19-22 avqust tarixlərində Slovakiyanın Bratislava şəhərində “Slovak Aerobic Open” adlı yarış təşkil edilib.

Yenisabah.az-ın Gimnastika Federasiyasına istinadən verdiyi məlumata görə, turnirdə böyüklər yaş kateqoriyasında kişilər arasında Vladimir Dolmatov, qadınların yarışında Nurcan Cabbarlı, 15-17 yaş qrupunda Dilarə Qurbanova və 12-14 yaşlı gimnastlar arasında Məryəm Topçubaşova iştirak edib.

Yarışda ən yaxşı nəticəni son dünya çempionatının finalçısı olan Valdimir göstərərək, fəxri kürsünün 2-ci pilləsində qərarlaşıb. Türkiyə və İndoneziya gimnastları isə müvafiq olaraq 1-ci və 3-cü sırada yer alıblar. pizza mizza

Aerobika gimnastlarının növbəti dayanacağı isə Bolqarıstanın Plovdiv şəhəri olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!