“Gir, mənim həyatıma” –   Dilarədən Çingizə…

saytların hazırlanması

Evə çatdırılma

“Gir, mənim həyatıma” – Dilarədən Çingizə…

Şou

24 İyun 2019 09:51 1631


“Birinci yerə çıxmayanda pis olmuşdum. Çünki hamı birincliyə köklənmişdi. Amma hazırda mənə çox böyük sevgi var. Özümü qalib kimi hiss edirəm”.

Bu sözləri “Jara” musiqi festivalının “pre-party”sində müğənni Çingiz Mustafayev jurnalistlərə müsahibəsində deyib.

O, festivalda maraqlı şou göstərəcəyini də bildirib. Toyuqlu pizza

“Azərbaycan dilində mahnı, daha doğrusu, yeni hit çıxaracağam” deyə, Çingiz söyləyib.

Mustafayevin müsahibəsi zamanı festivalın iştirakçısı Dilarə Kazımova Çingizin media ilə söhbətinə müdaxilə edib.

“Mən də kadra girməyə gəldim” deyə, Dilarə söhbətə daxil olub. Çingiz ona “Mən sənin həyatına girəcəm” sözləri ilə qarşılıq verib. Kazımova isə  “Gir – mənim həyatıma” deyə, həmkarının istəyindən xoşhal olduğunu dilə gətirib.

Qeyd edək ki, Dilarə bir müddət öncə Çingiz haqda bu sözləri demişdi:

“Gözəl oğlandır, əla səsi var. Çingizin klipdə lüt olmağını çox sevdim. Klipdə effekt vurmuşdular deyə, lüt olmağı görünmürdü. O, çox xoşuma gəlir”.

Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!