“Girmədiyimiz dəlmə-deşik qalmadı”   – Kamildən maraqlı foto

saytların hazırlanması

Evə çatdırılma

“Girmədiyimiz dəlmə-deşik qalmadı” – Kamildən maraqlı foto

Sosial

01 Aprel 2020 14:20 979


Sosial şəbəkələrdə aktiv olan idmançı Kamil Zeynalı bu dəfə də əyləncəli görüntüləri ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, həftələrdir evdə karantin rejiminə əməl edən idmançı maşınında yemək yediyi görüntüləri izləyiciləri ilə bölüşüb. 

O, karantin zamanı evdə oturmamaqda israr edənləri gülüş hədəfinə çevirib: “Bu karantinə görə yeyib-içmədiyimiz kol dibi, girmədiyimiz dəlmə-deşik qalmadı. Maşının içində, çölündə, üstündə, hər yerində yeyib-içdik. Binaların bloklarında, damlarında, liftlərində, pilləkənlərində, hər yerdə yeyib-içmək oldu…” Dominos pizza

Qeyd edək ki, ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunsa da, paytaxt sakinlərinin bəzisi qaydalara əməl etmirlər

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!