Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdi

Sosial

25 Sentyabr 2025 08:55 290


Səyyaf Əhmədov Qarabağ müharibəsi zamanı bir çox döyüşlərdə iştirak edib və Azərbaycan Respublikasının prezidenti tərəfindən təltif olunub. Lakin ona şəhidlik statusu verilə bilməz. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, şəhid statusu yalnız Azərbaycanın müstəqilliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü uğrunda döyüş zamanı həlak olmuş şəxslərə verilir.

Bu sözləri Axar.az-a açıqlamasında Ağdam İH-in Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələrinin İşləri üzrə şöbəsinin müdiri Samir Məmmədov “Gizir Xanı” ləqəbiylə tanınan Səyyaf Əhmədovun mina partlayışı nəticəsində həlak olması haqda deyib.

“Ailəyə Səyyaf Əhmədovun mülki şəhidlərimizin yanında dəfn olunması təklif olundu, amma ailənin istəyinə uyğun olaraq, o, Ağdam rayonunda Eşq Abdal adlanan ziyarətgahın yanındakı qəbiristanlıqda, ana-atasının qəbrinin yanında dəfn olundu”, - S. Məmmədov əlavə edib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!