Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi - Foto

Kriminal

23 Aprel 2020 11:00 679


Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Qamışovka kəndində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Keçirilən baxış zamanı orada olan obyekt sahibi və Astara sakinləri olan 7 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Astara Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!