Gizli fəaliyyət göstərən daha bir tədris mərkəzi aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Gizli fəaliyyət göstərən daha bir tədris mərkəzi aşkarlandı

Kriminal

01 İyun 2020 12:32 1202


Gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb.

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş  Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school”  uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib. F. Əliyev  və mərkəzin digər əməkdaşları barədə  qanunamüvafiq tədbir görülüb. Sezar pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!