Gizli fəaliyyət göstərən idman zalı aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gizli fəaliyyət göstərən idman zalı aşkarlandı - Foto

Kriminal

14 İyul 2020 12:40 1189


Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən “Fithouse”  adlı trinajor zalının fəaliyyəti dayandırılıb. Zalda məşq edən Kamran  Həsənli, İlqar  Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov, Mehrin Nəcəfov arələrində isə qanunamüvafiq tədbir görülüb.  Sezar pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!