Gizli işləyən çayxana aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Gizli işləyən çayxana aşkarlandı

Kriminal

23 İyul 2020 09:38 1510


Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) şəhərin Bağbanlar küçəsində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvana baxış keçirilib. Toyuqlu pizza

İcarədar Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub.

Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər. Çayxananı işlədən V.Bəkirova xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi onun diqqətinə çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!