Göbələkdən zəhərlənmə, yoxsa? - Həkimlər başqa diaqnoz qoydu

saytların hazırlanması

Evə çatdırılma

Göbələkdən zəhərlənmə, yoxsa? - Həkimlər başqa diaqnoz qoydu

Sosial

29 May 2025 13:59 362


Ağdamda 39 yaşlı kişinin ölməsi faktı müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

Yenisabah.az AGTA-ya istinadla xəbər verir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasında qoyulmuş ilkin diaqnoza əsasən, həmin şəxsin ölüm səbəbi kimi ürək və ağciyər çatışmazlığı göstərilir. Bu istiqamətdə aidiyyəti qurumlar araşdırmaları davam etdirir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) vurğulanıb ki, mayın 28-i saat 15:15 radələrində bir kişi Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Ona ilkin olaraq dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığı diaqnozu təyin edilib. Sezar pizza

Zəruri tibbi müdaxilələrə və reanimasiya tədbirlərinə baxmayaraq, saat 15:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib.

Xatırladaq ki, Şurabad kənd sakini, 1986-cı il təvəllüdlü Murad Əsədovun göbələk yedikdən sonra halı pisləşib. O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!