Göldən 19 meyit tapıldı -   Bölgədə manyak dolaşır?

saytların hazırlanması

Evə çatdırılma

Göldən 19 meyit tapıldı - Bölgədə manyak dolaşır?

Dünya

08 İyun 2025 10:26 820


ABŞ-nin Teksas ştatında yerləşən ''Lady Bird'' gölündə son 3 ildə ard-arda 19 nəfərin meyitinin tapılması bölgədə böyük təşvişə səbəb olub. Tapılan cansız bədənlər sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə yol açıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, ''Lady Bird'' gölündə 2022-ci ildən bəri aşkarlanan meyitlərin sayı 19-a çatıb. Hadisələrin artması ilə bağlı açıqlama verən Ostin Polis Departamenti bu ölümlərin şübhəli hesab olunmadığını və hadisələrin araşdırıldığını bildirib.

Buna baxmayaraq, göldəki ölüm hallarının oxşar profildə olması və hamısının gecə əyləncədən sonra itkin düşməsi, bölgədə manyak ehtimalını gündəmə gətirib. Xüsusilə, gölün əyləncə mərkəzlərinə yaxınlığı və sosial mediada yayılan iddialar cəmiyyətdə narahatlıq yaradıb. Sezar pizza

Hadisələrdən sonra sosial şəbəkələrdə “Lady Bird gölünün manyakı” adlı səhifə belə yaradılıb. İstifadəçilər bu səhifədə faktların araşdırılmasını və ölüm səbəblərinin tam aydınlaşdırılmasını tələb edirlər.

Qeyd edək ki, sonuncu hadisə bu ilin iyununda qeydə alınıb. 17 yaşlı oğlan ailəsi ilə birlikdə göl kənarında gəzərkən suya tullanıb daha sonra itkin düşüb. Onun cansız bədəni bir neçə saat sonra tapılıb.

Polis ölən şəxslərin əksəriyyətinin ölüm səbəbini “qəza nəticəsində boğulma” kimi qeydə alsa da, ictimaiyyət bununla razılaşmır və hadisənin ciddi şəkildə araşdırılmasını istəyir.

 Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!