Gömrük Komitəsində nə baş verir? – “Gizli” həbslər...

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsində nə baş verir? – “Gizli” həbslər...

Kriminal

15 İyul 2022 14:49 15654


Hüquq-mühafizə orqanları növbəti dəfə gömrüyün yüksək vəzifəli əməkdaşını həbs ediblər. Məlumata görə, bu, Baş Əməliyyat və İstintaq İdarəsinin rəisi, general Məsum Rəsulovdur.

Turan İnformasiya Agentliyi yazır ki, lakin rəsmi qurumlar bu barədə məlumat dərc etmir və şərh vermirlər. Bu məlumatların səhihliyini prokurorluqda, Dövlət Təhlükəsizliyi Xidmətində, eləcə də Gömrük Komitəsinin özündə aydınlaşdırmaq mümkün olmayıb.

Məmurun tutduğu vəzifəni nəzərə alaraq, belə məxfiliyi izah etmək çətindir. Eyni zamanda, hüquq-mühafizə orqanları bələdiyyələrin, rayon xəstəxanalarının  və ya Mənzil-İstismar idarələrinin işçiləri həbs edildikdə ətraflı məlumat verməyə xəsislik etmirlər. Bununla yanaşı, bütün bunlar korrupsiyaya qarşı uğurlu mübarizənin parlaq sübutu kimi təqdim edilir. Marqarita pizza

Gömrük Komitəsinə gəlincə, son zamanlar bu qurum açıq-aydın uğursuzluğa uğrayıb. Belə ki, ötən gün Cənub ərazi idarəsinin rəis müavini Əli Cahangirli intihar edib.

İyun-iyul aylarında "Azərterminalkompleks" Birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və yol vergisi şöbəsinin rəis müavini Şükür Səfərov həbs olunublar.

Hüquq-mühafizə orqanları həmin şəxslərin hansı cinayətləri törətdiklərini izah etməyiblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!