“Gömrük Komitəsinin sədri elə bil kolxoz sədridir” – Ekspertdən ittiham

saytların hazırlanması

Evə çatdırılma

“Gömrük Komitəsinin sədri elə bil kolxoz sədridir” – Ekspertdən ittiham

İqtisadiyyat

15 Aprel 2022 08:42 6051


“Azərbaycanda qiymət artımının səbəbləri çoxdur”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, obyektiv səbəb dünyada da qiymətlərin artması, logistikanın bahalaşmasıdır:

“Subyektiv səbəblər isə məmur biznesi, inhisarçılıq, gömrük və vergi orqanlarının anormal fəaliyyətidir. Sezar pizza

Hər ay Gömrük Komitəsinin rəhbəri fəxrlə açıqlama verir ki, bu ay filan qədər plandan artıq pul yığmışıq. Adam elə bil kolxoz sədridir, pambıq yığır. Hələ də anlamırlar ki, gömrük-vergiyə ödənilən hər manat bizim, istehlakçının cibindən çıxır. 

Bu gün qısa vadədə qiymətlərin azaldılmasının və ya heç olmasa artımın qarşısının alınmasının tək yolu əsas ərzaq malları və dərman pereparatlarında gömrük rüsumlarının sıfırlanması, ƏDV-nin isə ləğv edilməsidir, orta-uzun vadəli yol yerli istehsalın yaranması, artırılması, ədalətli rəqabətli mühitin formalaşdırılmasıdır. 

Başqa yol yoxdur, natəmiz sahibkar olmur, natəmizliyi təşviq edən sistem olur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!