Gömrük Komitəsinin səlahiyyətlərindən biri ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsinin səlahiyyətlərindən biri ləğv olunur

Maraqlı

24 Yanvar 2023 11:27 887


Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blanklarının verilməsi səlahiyyəti ləğv olunur.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Təklif olunan dəyişikliklə bağlı olaraq icazə blanklarının verilməsinə görə dövlət rüsumunun da ləğv olunması nəzərdə tutulur. Bu isə “Dövlət rüsumu haqqında” qanun dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. pizza mizza

Yeniliyin bu il martın 1-dən tətbiq olunması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!