“Gömrük öz “trol” qrupunu yaradır ki...” - Natiq Cəfərli

saytların hazırlanması

Evə çatdırılma

“Gömrük öz “trol” qrupunu yaradır ki...” - Natiq Cəfərli

İqtisadiyyat

05 İyun 2021 14:33 1625


"Hamı ərzaq qiymətlərinin sürətlə artmasından doğru olaraq şikayətçidir, amma tək ərzağın qiyməti bahalaşmır. Avtomobil ehtiyat hissələrinin qiyməti də həftədən-həftəyə kəskin bahalaşır”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bir ay bundan öncə 15 manat olan bir mal, indi 25 manat olub:

"Ehtiyat hissələri satan sahibkardan səbəbini soruşdum, adam az qaldı ağlasın. Gömrük Komitəsini "ən xoş" sözlərlə yada saldı, qiymət artımının, əsasən, onlardan qaynaqlandığını söylədi. Yenə rəsmi qaimə qiymətlərini qəbul etmədiklərini, özlərindən yüksək qiymət qoyub hesablama apardıqlarından danışdı. pizza hut

Dünən Gömrük Komitəsi "gömrük könüllülərinə" sertifikat paylayıb - absurdun dibidir. Gömrük könüllüləri nə deməkdir axı?! Könüllülər xəstəxanalarda olar, əngəlli insanlara qulluq, qocalara yardım edər. Gömrükdə nə könüllü?! Yoxsa Gömrük rəhbərliyi bu adla öz "trol" qrupunu yaradır ki, onlar sosial şəbəkələrdə tənqidçilərinin üzərinə gəlsinlər?!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!