Gömrük-sərhəd buraxılış məntəqələrində növbədə olan yük avtomobillərinin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Gömrük-sərhəd buraxılış məntəqələrində növbədə olan yük avtomobillərinin sayı açıqlandı

Siyasət

26 Fevral 2026 19:27 563


Gömrük-sərhəd buraxılış məntəqələrində çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 26 fevral 2026-cı il tarixinə olan məlumata əsasən, Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda növbə qeydə alınmayıb, “Samur” gömrük postunda isə 95 yük avtomobili növbədə gözləyir. pizza hut

Gürcüstan istiqamətində “Mazımqara” gömrük postunda 27, “Qırmızı Körpü” gömrük postunda isə 250 yük nəqliyyat vasitəsi canlı növbədədir.

İran İslam Respublikası ilə sərhəddə yerləşən “Biləsuvar” gömrük postunda 180, “Astara” gömrük postunda isə 87 yük avtomobili çıxış üçün gözləyir.

Agentlik daşıyıcılara səfərlərini planlaşdırarkən mövcud vəziyyəti nəzərə almağı tövsiyə edib və operativ məlumatlandırmanın davam etdiriləcəyini vurğulayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!