Gömrükçülər 19 min dollar xarici valyuta müsadirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Gömrükçülər 19 min dollar xarici valyuta müsadirə etdi

Maraqlı

08 İyul 2022 12:01 874


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb. 

Bu barədə Yenisabah.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Azərbaycan istiqamətindən “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi “İveco” markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Sürücü avtomobildə 1000 ABŞ dolları və 58 000 Rus rublu olduğunu bəyan edib. Dördpendirli pizza

Yoxlama zamanı isə nəqliyyat vasitəsinin salonunda, sənədlər üçün nəzərdə tutulan çantanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 19 000 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!