Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər  

saytların hazırlanması

Evə çatdırılma

Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər  

Sosial

04 Aprel 2020 11:14 723


Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti bütün zəruri addımları atır, təxirəsalınmaz tədbirlər həyata keçirir.

Dövlət Gömrük Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, ilk gündən bu infeksiyanın yayılmasının qarşısının alınmasında fədakar xidməti ilə seçilən gömrük əməkdaşları daha bir nümunəvi addım ataraq aztəminatlı ailələrə yardım ediblər.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunun əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar Balakən rayonu ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkiblər. Gömrükçülər sözügedən ailələrə ərzaq məhsulları verib, eləcə də onlarla profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi ilə əlaqədar evdə qalmalarını tövsiyə ediblər. Dominos pizza

Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!