Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar etdi - Video

Kriminal

25 Yanvar 2021 18:57 1070


Dövlət Gömrük Komitəsinin əməkdaşları avtomobilin xüsusi üsullarla düzəldilən gizli saxlanc yerlərindən külli miqdarda narkotik vasitə aşkar ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda "Renault" markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə - tiryək yerləşdirildiyi məlum olub. pizza sifarişi

Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kq 280 qram narkotik vasitə - tiryək aşkar edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!