Gömrükdə “iPhone” əməliyyatı 

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdə “iPhone” əməliyyatı 

Maraqlı

22 Mart 2023 14:04 985


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında 93 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Yenisabah.az-a verilən xəbərə görə, Şarjah-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı əl yüklərindən gömrük orqanına bəyan edilməyən 30 ədəd “İphone 13”, 60 ədəd “İphone 14” və 3 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonlar aşkar olunub. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!