Gömrükdə rüşvət qalmaqalı –   Rəis vəzifəsindən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdə rüşvət qalmaqalı – Rəis vəzifəsindən qovuldu

Siyasət

20 May 2019 15:05 5320


“6 il idi Türkiyədə yaşayırdım. Oğlumla vətənə dönmək qərarına gəldik. Amma bizi vətənimizdə heç də yaxşı qarşılamadılar. "Sınıq Körpü” Sərhəd-Keçid Məntəqəsində bütün əşyalarımızı əlimizdən aldılar. Dedilər ki, filan qədər verməsəniz, buraxa bilmərik”.

“Yeni Sabah” xəbər verir ki, bunu şikayətçi Xanım Şabanova deyib. Onun sözlərinə görə, gətirdikləri əşyaların kilosu çox olsa da heç biri yeni deyildi: "Əsasən, geyim, mələfə-çexol, dəsmal, bir az qab-qacaq və s. Hərəmizə də 150 kilo düşürdü. Biz bura gələnədək gürcü sərhəddini də keçmişik. Onlar bizə heç nə demədilər. Mən qanunu çox yaxşı bilirəm. Bilirəm ki, satış məqsədi ilə gətirilməyən, şəxsi əşyaların sərhəddən keçirilməsi üçün pul ödəməməliyik. Onların bizdən istədikləri qanunsuzdur və rüşvətdən başqa bir şey deyil”.

Ailə pul ödəmədiyi üçün əşyalarını "Sınıq Körpü”də saxlayıblar: “Dedilər ki, nə zaman pulu gətirərsiniz, onda əşyalarınızı apara bilərsiniz. İnanın, aylardır qalmışam bacı-qardaş, qohum qapısında. Özümüzə ev tutmaq istəyirik, oğlum hərbi akademiyaya imtahan verməlidir. Heç nəyi alındıra bilmirik. Elə bil havada qalmışıq. Köçüb vətənimizə gəlmişik, heç cürə yerləşə bilmirik. Özümüzü yad kimi hiss etdirirlər. Əşyalarımız olsa, kirayə ev tutar, içinə yığışarıq. Ancaq əşyalarımızı vermək istəmirlər. Hələ utanmadan bizdən rüşvət tələb edirlər". pizza

X.Şabanova deyir ki, bu müddət ərzində bir dəfə Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edib. Ordan da çağırıb deyiblər ki, o əşyaları oradan götürmək üçün minimum 1000 manatdan keçməlisiniz: “Əgər haqlı istək olsa, əlbəttə, o pulu ödəyərəm. Amma haqsız pul tələbidir axı. Ona görə də mən heç bir qəpik də ödəmək istəmirəm. Həm də rüşvət verməyin əleyhinəyəm. Bu işdə qanunlar mənim tərəfimdədir”. 

Məsələ ilə bağlı DGK da açıqlama yayıb. İttihamlara cavab verən qurumun mətbuat xidməti bildirib ki,  Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə "Qırmız Körpü" gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub: “Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların- ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!