Gömrükdən gizlədilən dərmanlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdən gizlədilən dərmanlar aşkarlandı

Kriminal

17 Sentyabr 2021 23:30 1226


Gömrük nəzarətindən gizlədilən dərman preparatları və tibbi ləvazimatlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Yenisabah.az-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “Mercedes-Benz” və “DAF” markalı yük avtomobilləri saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, müxtəlif adlarda olan 59 min 280 kapsul qida əlavəsi, onlara məxsus boş qutular, 1220 həb, 300 ampula dərman preparatı və 60 ədəd tibbi şam aşkarlanıb. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!