Göndəriləcəyi deyilən futbolçumuz İngiltərə klubunda debüt etdi

saytların hazırlanması

Evə çatdırılma

Göndəriləcəyi deyilən futbolçumuz İngiltərə klubunda debüt etdi

İdman

13 Yanvar 2020 10:42 1205


Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov "Vulverhempton"un heyətində debüt edib.

“Yeni Sabah” xəbər verir ki, o, U-23 komandasında "Blekbörn"ə qarşı matçda meydana çıxıb və 86 dəqiqə meydanda olub. Matç qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, ötən ilin yayında İngiltərə Premyer Liqa təmsilçisi ilə müqavilə bağlayan 20 yaşlı hücumçumuz qış fasiləsinə qədər Portuqaliyanın "Pakoş de Ferreyra” klubunda icarədə olub. pizza sifarişi

Xatırladaq ki, İngiltərə mətbuatında Renatın bir müddət Premyer Liqanın düşərgəsində olacağı, bu mövsümün sonunadək yenə icarəyə veriləcəyi iddia olunur. Çünki "Vulverhempton"un hücum xəttində rəqabət güclüdür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!