ABŞ-də 3 İran əsilli mühəndis casusluq ittihamı ilə həbs olunub.
“Yeni Sabah” xəbər verir ki, onlardan ikisi "Google" əməkdaşı olan bacı, digəri isə həmin bacılardan birinin əridir.
Şübhəlilər "Google"un Tensor prosessoru və "Qualcomm Snapdragon" tipli SoC texnologiyalarına aid yüzlərlə sənədi oğurlayaraq İrana göndərməkdə ittiham olunurlar. Dördpendirli pizza
Onlar sənədləri üçüncü tərəf mesajlaşma proqramları vasitəsilə şəxsi cihazlara və iş kompüterlərinə köçürüb, sonra İrana ötürüblər. Google 2023-cü ilin avqustunda şübhəli hərəkətləri aşkar edərək çıxışları dayandırıb və məsələni hüquq-mühafizə orqanlarına çatdırıb.
14 maddə üzrə ittiham olunan şübhəliləri hər maddə üçün 10-20 il həbs və 250 min dollar cərimə gözləyir.
Telegram kanalımız