Goranboy sakini atasını avtomobillə vurub öldürən sürücüyə və onun atasına maşınla xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Goranboy sakini atasını avtomobillə vurub öldürən sürücüyə və onun atasına maşınla xəsarət yetirdi

Hadisə

18 May 2021 22:58 1643


Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Quşçular kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolun kənarı ilə gedən, təxminən 70-80 yaş arasında olan Mütəllim Salmanovu vurub. Sezar pizza

Yaşlı kişi hadisə yerində ölüb. Qəzadan sonra M.Salmanovun oğlu tanışına məxsus “VAZ 2106” markalı avtomobillə “Mercedes”in sürücüsü Bəhruz Nağıyevi və onun atasını – 1959-cu il təvəllüdlü Nagıyev Əli Məmməd oğlunu vurub.

Hadisə zamanı “VAZ 2106” markalı avtomobil idarə edən mərhum M.Salmanovun oğlu ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!