Goranboyda 76 yaşlı kişini qatar vurdu

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda 76 yaşlı kişini qatar vurdu

Hadisə

27 Yanvar 2025 20:29 174


Goranboyda Azərbaycan Dəmir Yolunun Dəliməmmədli stansiyasının ərazisində qatar 76 yaşlı kişini vurub.

APA-nın yerli bürosunun məlumatına görə, Dəliməmmədli şəhər sakini 1949-cu il təvəllüdlü Sabir Abdullayevi hərəkətdə olan qatar çiyin nahiyəsindən vuraraq yerə yıxıb.

Xəsarət alan yaşlı kişi Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. pizza mizza

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!