Goranboyda ad günü keçirilməsinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda ad günü keçirilməsinin qarşısı alındı

Hadisə

09 Aprel 2021 23:14 668


Goranboy rayonunda ad günü şənliyi keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qaradağlı kəndində ad günü şənliyinin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə şənlik keçirilməsinin qarşısı alınıb, şənlik iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub. pizza sifarişi

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!