Güclü yağışdan sonra Goranboya sel gəlib.
APA-nın məlumatına görə, bu gün rayonun Veyisli, Rəhimli, Qazanbulaq, Borsunlu, Qazaxlar, Goranlı və Qazançı kəndlərində sel suları fəsadlar törədib. Sel suları sözügedən kəndlərdə əkin sahələrini, avtomobil yollarına ziyan vurub.
Bəzi kəndlərə gediş-gəlişdə çətinliklər yaranıb. Pepperoni pizza
Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndələri kəndlərə ezam olunublar.
Telegram kanalımız