Goranboyda karantin qaydalarını pozan çayxanalar aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda karantin qaydalarını pozan çayxanalar aşkarlandı - Foto

Kriminal

06 Yanvar 2021 18:18 1209


Goranboyda karantin rejimini pozan çayxanalar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhər ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi- Əli Əşrəfov və müştərilər- Tapdıq Zeynalov, Azər İsmayılov, Ramin Xıdırov, Cabir Verdiyev, Faiq İsgəndərov və Ceyhun Kərimov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Marqarita pizza

Davam etdirilən tədbirlər zamanı rayonun Şəfəq kəndində də xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal çayxana sahibləri, Qarqucaq kınd sakinləri Vahid Paşayev və Əsəd Səfiyevlə birlikdə orada olan müştəriləri RPŞ-yə gətirib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!