Goranboyda müəllim bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda müəllim bıçaqlandı

Sosial

03 Aprel 2025 16:13 238


Goranboyda orta məktəbdə insident baş verib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, hadisə Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında qeydə alınıb.

Kənd sakini 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva Hazırəhmədli kənd tam orta məktəbinin binasına daxil olaraq bıçaqla müəllimin əlinə xəsarət yetirib. O, şagirdlərə də xəsarət yetirməyə cəhd göstərib. pizza mizza

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideynin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli bilinən Ə. Rzayeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!