Goranboyda müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı

Hadisə

28 Aprel 2021 00:07 872


Goranboy rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Qızılhacılı qəsəbəsindəki “Buta” çay evində müştərilərə qəlyan verildiyi məlum olub.

Xüsusi karantin qaydalarını pozan obyektin icarədarı və 2 nəfər xidmət personalı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər. Sezar pizza

Bundan başqa, polis əməkdaşları rayonun Balakürd kəndində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər. Mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!