Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın oldu

Hadisə

13 Mart 2025 01:17 259


Goranboyda yanğın hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Goran qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yerləşən Nərimanlı kənd sakini 1959-cu il təvəllüdlü Ə.Cəfərova məxsus Nukoil YDM-də təmir işləri aparan zaman anidən yanğın başlayıb. pizza sifarişi

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yanacaqdoldurma məntəqəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!