Goranboyda 11 yaşlı Fərid Təhməzovu öldürməkdə anası və onunla birgə yaşayan şəxs şübhəli bilinir.
Yenisabah.az xəbər verir ki, Goranboy rayon Goran qəsəbəsində qamışlıq ərazidə meyti tapılan 11 yaşlı F.Təhməzovun ölümündə onun anası Gülayət Təhməzova və onun qeyri-rəsmi nikahda yaşadığı Anar Məmmədov şübhəli bilinir.
İlkin məlumata görə, onlar F.Təhməzovu döyüb öldürərək, yeniyetmənin meyitini Goran ərazisindəki qamışlığa atıblar. pizza sifarişi
Qeyd edək ki, qadın polisə oğlunun Gəncəyə getdiyini və o gündən itkin düşdüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız