Xalq artisti Firəngiz Mütəllimova mərhum Xalq artisti Rafael Dadaşovun arxiv görüntülərini yayımlayıb.
Yenisabah.az xəbər verir ki, həmkarının fotolarını yayımlayan aktrisa bu sözləri qeyd edib:
"Gözəl insan, sənətkar, qiymətli Xalq artistimiz - Rafael Dadaşov. Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun. Nə xoşbəxtəm ki, sizin kimi sənətkarlarla bir səhnəni bölüşmüşəm”. Dominos pizza
Qeyd edək ki, Rafael Dadaşov ötən il, mart ayın 16-da dünyasını dəyişib.
Telegram kanalımız