“Görün, nə günə qoyublar” – Prezident Tuğda 

saytların hazırlanması

Evə çatdırılma

“Görün, nə günə qoyublar” – Prezident Tuğda 

Rəsmi

16 Mart 2021 09:25 1242


“Tuğ kəndinə gəlmişik. Qədim Azərbaycan kəndi Tuğ”.

Bu sözləri Xocavənd rayonunun Tuğ kəndində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. “Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardı? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq", - deyə dövlət başçısı əlavə edib.

“Tuğ kəndinin sakinləri öz evlərini təbii ki, tanıyırlar. Əminəm ki, yaxın gələcəkdə Tuğ kəndinin sakinləri öz doğma kəndinə qayıdacaqlar. Görün Azərbaycan necə də gözəldir! Qarabağ necə də gözəldir! Bütün dağılmış kəndləri, şəhərləri bərpa edəcəyik”, - Azərbaycan Prezidenti qeyd edib. Dominos pizza

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!