Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyanın növbəti görüşünün sentyabrda keçiriləcəyi ilə bağlı iddiaları təsdiqləməyib.
Yenisabaha.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Vahan Unanyan məlumat yayıb.
O deyib ki, hazırda bu barədə razılıq yoxdur. pizza hut
Unanyan əlavə edib ki, xüsusi nümayəndələrin görüşləri barədə ictimaiyyətə əvvəlcədən məlumat verilir.
Xatırladaq ki, bundan əvvəl “A Haber” telekanalı Türkiyənin XİN-dəki mənbəyə əsasən, növbəti görüşün sentyabrda keçiriləcəyini bildirib.
Telegram kanalımız