Gorus-Qafan yolu qapalı müzakirəyə çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Gorus-Qafan yolu qapalı müzakirəyə çıxarılır

Rəsmi

14 Sentyabr 2021 13:29 6715


Ermənistan Milli Məclisində Qorus-Qafan yolundakı vəziyyətlə bağlı qapalı görüşün keçirilməsi razılaşdırılıb.

Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu "Ermənistan" fraksiyasının katibi Artsvik Minasyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Dünən fraksiya adından toplantıda birinci şəxslərin də iştirak etməsi təklifi ilə bir məktub göndərdik. Vəziyyətlə əlaqədar tam məlumat almalıyıq". Toyuqlu pizza

Artsvik Minasyan qeyd edib ki, müzakirədə dövlət sirri elementləri ola bilər, onlar da qapalı müzakirəyə hazırdırlar.

Millət vəkili əlavə edib ki, İran tərəfi ilə lazımi işlərin aparıldığını və beynəlxalq aləmdə hansı proseslərin getdiyini Xarici İşlər Nazirliyindən öyrənilməlidir.

“Milli Məclisin rəhbərliyi ilə aparılan müzakirələr nəticəsində qapalı müzakirənin keçirilməsinə qərar verilib. Rəhbərlik yüksək vəzifəli şəxslərin olmasını təmin etmək üçün əlindən gələni edəcək, çünki onlardan bəziləri Ermənistanda deyil, amma geri dönmələrini gözləyirik. Müzakirənin ən qısa müddətdə təşkil edilməsi qərara alınıb. İclas ya bu gün, ya da sabah olacaq”, – deyə Artsvik Minasyan yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!