"İran yük maşınlarının keçdiyi Ermənistan ərazisindəki alternativ yol gələn ay ərzində asfaltlanacaq".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi bildirib.
O vurğulayıb ki, bunun sayəsində yük maşınları əvvəlki marşruta keçməyəcək və Azərbaycan Respublikası ərazisinə girdikləri üçün torpaqbasdı rüsmu ödəmək məcburiyyətində qalmayacaq". Pepperoni pizza
Xeyrullah Xademi bu açıqlamanı Ermənistana etdiyi səfərin başa çatması ilə əlaqədar verib.
O deyib: "Ermənistan rəsmiləri ilə görüş çox yaxşı keçdi. Yeni marşrutu müəyyənləşdirmək və Gorus-Qafan yolunun 21 km-lik hissəsində İran yük maşınlarının hərəkəti üçün yaranan problemi həll etməyə dair həllər düşünülüb. Hazırda 21 km-lik sahəyə alternativ olaraq tikintisi davam edən marşrutda işlərin sürətləndirilməsinə kömək etməyə hazır olduğumuzu bildirdik".
Nazir müavini əlavə edib: "İrandan Ermənistan və Gürcüstana, bütün Qafqaza aparan kommunikasiya yolu əhəmiyyətli regional, beynəlxalq və strateji dəhlizdir. İndiki 21 km-lik sahəyə alternativ yol məhz bu səbəbdən salınır. Bununla bərabər, Şimal-Cənub Nəqliyyat Dəhlizinin cənub hissəsinin inşası üçün uzunmüddətli perspektivdə planlaşdırılma aparılıb. Ermənistan uzunmüddətli planda İran məsləhətçiləri və podratçıları ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb".
Telegram kanalımız