“Dövlətlərarası yolun Gorus-Qafan hissəsindəki vəziyyətdən çox narahatıq. Bu vəziyyət iqtisadiyyata, ticarətə və turizmə böyük ziyan vurur”.
Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu hökumətin iclasından sonra Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.
O, problemlərin sakit və ardıcıl şəkildə həll edilməli olduğunu vurğulayıb: pizza
“Bir çox turist bu yoldan qorxaraq Ermənistana gəlməkdən çəkinir. Bilirəm ki, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, demək olar ki, bu məsələlərin real vaxtda həlli üzərində işləyir. Aydındır ki, müharibədən sonra normal həyata keçməzdən əvvəl belə problemlər yaşanacaq. Sadəcə, bu problemləri sakit və ardıcıl şəkildə həll etməliyik".
Telegram kanalımız