Gorus-Qafan yolundan son görüntü - Video

saytların hazırlanması

Evə çatdırılma

Gorus-Qafan yolundan son görüntü - Video

Rəsmi

13 Sentyabr 2021 10:14 2286


Vətən müharibəsindən sonra Azərbaycan ordusu digər ərazilərlə yanaşı, Şurnux kəndinə də nəzarəti bərpa edib.

Şurnux kəndinin erməni işğalından azad edilməsi isə Azərbaycan ordusunun Gorus-Qafan yolunun 21 kilometr zolağına nəzarət etməsi ilə nəticələndi.

Bu gün Gorus-Qafan yolunda Azərbaycan hərbçiləri ilə yanaşı, Azərbaycan polisi də xidmət edir, artıq polis postu qurulub. Pepperoni pizza

Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur.

Azərbaycan polisi Gorus-Qafan yolunda növbətçilik çəkir, Çevik Polis Alayı da əraziyə cəlb olunub.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən deyə bilərik ki, Azərbaycan polisi başında dəbilqə, əynində zirehli gödəkçə, əlində silah xidmət aparır.

Həmin videogörüntünü təqdim edirik:

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!