“Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdaram” - Zelenski

saytların hazırlanması

Evə çatdırılma

“Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdaram” - Zelenski

Siyasət

02 Oktyabr 2025 21:05 422


"Bu gün Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə enerji sahəsində və potensial müdafiə əməkdaşlıq məsələlərini müzakirə etdik".

Oxu.Az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial və ardıcıl dəstəyinə görə ona təşəkkür etdim. Dördpendirli pizza

Biz Ukraynada ədalətli sülhün əldə olunması üzrə diplomatik səyləri, habelə enerji və potensial müdafiə əməkdaşlığı məsələlərini müzakirə etdik. Gələcək təmaslar barədə razılığa gəldik. Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdaram", - deyə o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!