“Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən fərqli olaraq mülki əhali ilə vuruşmur. Cəbhə bölgəsindən gələn məlumatlardan da görünür ki, Azərbaycan Ordusunun yalnız hərbi infrastrukturu və erməni döyüşçülərini hədəf alıb. Ermənistan silahlı qüvvələri isə əsasən mülki vətəndaşlara və obyektlərə zərbələr endirir.
Sentyabrın 27-dən bu yana Azərbaycan tərəfdən 13 mülk şəxs həlak olub, 40 nəfərdən artıq isə yaralanıb. Həmçinin 168 ev dağıdılıb”.
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə bildirib ki, Azərbaycan Ordusuna mülki əhaliyə qarşı heç bir addım atılmaması barədə göstəriş verib. pizza hut
“Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülk şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti.
Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiə edəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son qoyulsun”, - deyə ölkə başçısı bəyan edib.
Telegram kanalımız