Gövhər ağa məscidinin damını təmir edən usta:   “Onu öz əllərimizlə yenidən bərpa edəcəyik” - Video

saytların hazırlanması

Evə çatdırılma

Gövhər ağa məscidinin damını təmir edən usta: “Onu öz əllərimizlə yenidən bərpa edəcəyik” - Video

Hadisə

16 Noyabr 2020 17:48 1246


1991-ci ildə Şuşadakı məşhur Gövhər ağa məscidinin damını təmir edən usta Ədalət Heydərov ibadət evinin damını yenidən təmir etməyə hazır olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə bununla bağlı paylaşılan videoda Ə.Heydərov vaxtilə təmir işlərinin necə aparılmasından danışıb. Bununla yanaşı, o, Şuşanın işğalından sonra məcburi köçkünə çevrilmələri, Bərdədə məskunlaşmaları, çəkdikləri əziyyətlər barədə də ətraflı danışıb. 

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı azad etməsini sevinclə dilə gətirən Şuşa sakini deyib ki, bununla da minlərlə ailənin məcburi köçkünçülük həyatına son qoyulub.  pizza mizza

O, Şuşanın yenidən qurulacağını, dirçələcəyini diqqətə çatdıraraq bildirib ki, doğma şəhərinin intibahı üçün əlindən gələni etməyə hazırdır: “Nə vəziyyətə salınıbsa, yenə də qəbulumuzdur. Şuşanı, Gövhər ağa məscidini yenidən öz əllərimizlə təmənnasız yenidən qurub bərpa edəcəyik”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!