Göyçay çayına güclü sel gəldi, körpü təhlükədə

saytların hazırlanması

Evə çatdırılma

Göyçay çayına güclü sel gəldi, körpü təhlükədə

Hadisə

13 Sentyabr 2023 22:46 615


Göyçay çayına güclü sel gəlib, magistral yoldakı körpüdə təhlükə var. 

Yenisabah.az Report-a istinadən xəbər verir ki, İsmayıllı rayonuna yağan güclü leysandan sonra Göyçay çayına güclü sel gəlib.

Bu gün saat 12:30 radələrindən başlayaraq çaydan keçən suyun səviyyəsi xeyli artıb. Sezar pizza

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsü üçün təhlükə yaranıb. Hazırda körpü üzərində avtomobillərin və piyadaların hərəkəti davam edir. İnsanların təhlükəsizliyinin təmin olunması üçün hazırda Göyçay Rayon Polis Şöbəsinin yol polisi və post patrul xidmətinin əməkdaşları ərazidə xidmət aparır, ağırtonnajlı yük avtomobillərinin körpü üzərindən keçidinə müvəqqəti məhdudiyyət qoyulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!