Göyçay sakini arvadını və özünü güllələyərək öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Göyçay sakini arvadını və özünü güllələyərək öldürdü

Kriminal

03 İyul 2021 20:42 1527


Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün saat 19:30 radələrində rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib. pizza

İki uşaq anası olan Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov həmin silahla özünü vuraraq intihar edib.

Ər və arvadın ölümü iki oğul övladının gözü qarşısında baş verib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!